
Bakı Ali Neft Məktəbində Kompüter Elmləri üzrə 3-cü kurs tələbəsidir. Texnologiya ilə yaradıcılığın birləşdiyi işlərə maraq göstərir və ideyaları insanların gündəlik istifadə edə biləcəyi real layihələrə çevirməyi sevir. Şən və Hazırcavablar Klubunun rəsmi veb-saytını hazırlayıb. Məqsədi klubun fəaliyyətini daha geniş auditoriyaya tanıtmaq və komandanın işini rəqəmsal həllərlə asanlaşdırmaqdır.
Klubda fəaliyyəti
Klubun veb-saytını hazırlayır və idarə edir, saytın aktual və rahat işləməsini təmin edir. Bundan əlavə, klubun rəqəmsal layihələrində texniki dəstək göstərir və yeni ideyaların həyata keçirilməsində komandaya kömək edir.