Skip to content
Şən və Hazırcavablar Klubu

Komanda, Rəhbərlik

Hüseynzadə Elşən

Prezident

Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi üzrə 2-ci kurs tələbəsi. Yaradıcılıq və təşkilatçılığa marağı ilə tələbələri bir araya gətirən yeni ideyalar üzərində çalışır. Şən və Hazırcavablar Klubunu tələbələrin özlərini inkişaf etdirə və böyük layihələrə imza ata biləcəyi platformaya çevirməyi hədəfləyir. Ən böyük arzusu isə tələbələrlə birlikdə çəkilən bir filmin Azərbaycanın tanınmış televiziya kanallarından birində yayımlanmasıdır.

Klubda fəaliyyəti

Klubun ümumi fəaliyyətinə rəhbərlik edir, yaradıcı layihələrin hazırlanması və həyata keçirilməsini koordinasiya edir. Məqsədi tələbələrin özünüifadə, səhnə və ictimai çıxış bacarıqlarını inkişaf etdirə biləcəyi, eyni zamanda yaradıcılıq və yumorun bir araya gəldiyi mühit formalaşdırmaqdır.